"Ürək xəstəliklərinin böyük bir qismi ürəyin işemik xəstəliklərinin payına düşür. Bu isə 95 % ürək damarların tutulması, kirəcləşməsi nəticəsində, 5 % hallarda isə damarda olan spazm hesabına yaranır. Ürək damarlarının tutulmasında risk faktorları böyük rol oynayır. Buna artıq çəki, yüksək qan təzyiqi, şəkərə meyilliliyin olması, az hərəkətlilik, siqaretdən istifadə, oturaq həyat tərzi, stress aid edilir. Əsas səbəblərdən biri də irsiyyətində ürək xəstəliyinin olmasıdır. Bununla yanaşı qidalanma tərzinidə diqqət mərkəzində saxlamaq lazımdır". Bu sözləri kardioloq Aynur Məmmədova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, sadalanan risk faktorlarından artıq çəkiyə, yüksək təzyiqə nəzarət edə bilsək, aktiv həyat fəaliyyətini artırsaq, düzgün qidalansaq, zərərli vərdişləri tərgitsək ürək xəstəliklərin qismən qarşısını almış oluruq: "Son araşdırmalara görə, əgər gündə 8-10 min piyada addım atsaq 60 % ürək xəstəlikləri riskini azaltmış oluruq.
Gənc yaşda olan insanlarda daha çox ürək damarlarının spazmı nəticəsinə yaranan ürək xəstəlikləri geniş yayılmışdır. Bu da son zamanlarda gənclərin energetik içkilərdən daha çox istifadəsi nəticəsində yaranır. Energetik içkilər ürək damarlarına davamlı spazmına, həyati təhlükəli ritm pozğunluğuna və qəfləti ürək ölümünə səbəb ola bilər.
Bəs ürəyimizi necə qoruyaq?
Gündəlik 30 dəqiqə fiziki aktivlik ürəyinizi gücləndirir.
Meyvə-tərəvəzlə zəngin qidalanma üstünlük verək və çox yağlı, unlu yeməklərdən uzaq durmağa çalışaq. Gündəlik 2 litrə yaxın adi su içməyi unutmayaq. Siqaret və alkoqol, enerji içkiləri, qazlı və şirin sulardan uzaq olaq. Sreesslə mübarizə aparaq. Müntəzəm yoxlanışları da unutmayaq:hər il qan təzyiqi, xolesterin səviyyəsini yoxlatdıraq. Xəstəliyi erkən bilmək həyatınızı xilas edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə