Ağdamdakı qəzada iki nəfər xəsarət alıb

Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Hərəkətdə olan Tağıyev Hafiz Zakir oğlunun idarə etdiyi "NİVA" markalı avtomobil qarşıdan gələn Qarayev Vüsal Ələmdar oğlunun idarə etdiyi "VAZ 2109" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...