Türkiyədə 29 rusiyalı turistin olduğu avtobus aşıb

Türkiyənin Egey sahilində yerləşən Muğla vilayətində 29 rusiyalı turisti daşıyan avtobus betonqarışdıran maşınla toqquşaraq aşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İHA agentliyi yayıb.

Agentliyin məlumatına görə, qəza cümə axşamı, iyunun 30-u saat 19:15 radələrində baş verib. Turist avtobusu Köyceğiz şəhəri yaxınlığında yolayrıcına çıxan betonqarışdıran maşınla toqquşub və yan tərəfə aşıb. Hadisə şahidləri qəza barədə təcili yardım xidmətinə məlumat veriblər.

Qəzada ölən və yaralanan olmayıb, bəzi sərnişinlər yüngül bədən xəsarətləri alıblar. Hadisə ilə bağlı istintaq başlanılıb. ...Yeri gəlmişkən, iyunun əvvəlində Dağıstanın Şamil rayonunda turistlərin olduğu avtomobil qəzaya uğramışdı. Qəza nəticəsində bir qadın ölüb, 2011-ci il təvəllüdlü uşaq da daxil olmaqla daha iki nəfər xəsarət almışdı. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya çatdırılan Sevastopol sakininin vəziyyəti qənaətbəxşdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...