Oğurluqla ilə bağlı polisə yalan məlumat verildi

11000 manat pulunun oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...