Gəncədə minik avtomobili “Ford”la toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21012 "ilə “Ford Tranzit” kiçik tutumlu yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin etimala görə qəzaya səbəb avtomobillərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...