Tanınan reper Şendler Boben güllələnərək öldürülüb.

SİA xəbər verir ki, hadisə Mayami şəhərində axşam saatlarında baş verib. 28 yaşlı reper "Toyota Camry" markalı avtomobilini idarə edibmiş. Bu zaman "Lexus" maşını ilə onu təqib edənlər Şendleri döngədə pusquya salıb və qətlə yetirib.

Hadisə zaman avtomobildə olan 1 və 5 yaşlı uşaqlar, eyni zamanda adı açıqlanmayan qadın hər hansı xəsarət almayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə