Gürcüstanda növbəti dəfə zəlzələ qeydə alınıb

Gürcüstanda növbəti dəfə zəlzələ qeydə alınıb. Bu, son həftədə sayca 4-cü zəlzələdir.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar dekabrın 7-də Tbilisi vaxtı ilə saat 20:02-də azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunun Sameba kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3,1 bal gücündə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə