”Metro-City” ticarət mərkəzində yanğın başlayıb - SON DƏQİQƏ!

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro- City” ticarət mərkəzində yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə