Sankt-Peterburqdakı seçki məntəqəsində “bomba rabotal”

Bu gün naməlum şəxs və ya şəxslər Sankt -Peterburqdakı seçki məntəqələrindən birinə zəng edərək kabinələrdən hansındasa partladıcı qurğu quraşdırıldığını bildirib.

Bu barədə Dövlət Dumasına namizəd, Lomonosov şəhər bələdiyyə deputatı Maksim Tixonov məlumat verib. Onun sözlərinə görə, fövqəladə hadisə şəhrin Puşkin bölgəsindəki 1992 nömrəli binada baş verib.

Deməli, hadisə barədə danışan xadimə qadınlardan birinin dediyinə görə, seçki məntəqəsində olanlar təcili təxliyə olunub, təcili yardım, polis və yanğınsöndürənləri gözləməli olublar.

Sonradan məlumatlı mənbədən verilən məlumta görə, şəhərə qonşu Aleksandrovskaya kəndindəki 32 ünvanından, Sank-Peterburqdakı seçki məntəqəsinə partladıcı qurğu yerləşdirildiyi barədə naməlum şəxsdən məlumt doğrudan da, daxil olub.

Sonradan bu ünvanın köhnə bir məktəb binasında yerləşdirilən 1992 saylı seçki məntəqəsi olduğu məlum olub.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...