Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA "APA"ya istinadən xəbər verir ki, qəza şəhərin 9-cu mikrorayonunun Koroğlu prospektində qeydə aıınıb.

Yolu keçmək istəyən təxminən 40-45 yaşlarında kişini "BMW" markalı avtomobil vurub. Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə