Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini M.İsmayılzadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Adilə Abdullayevanı vurmuş və idarəetməni itirərək maneəyə dəyib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə