Bakıda evləri qarət edən şəxslər tutuldu

Oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin və M.İsrafilovun 1 evdən oğurluğa cəhd, 5 evdən isə oğurluq törətmələri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin və M.İsrafilovun ətraflarında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların bir evdən oğurluğa cəhd, 5 evdən isə pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə