Sumqayıtdakı kütləvi davada iki nəfər ölüb

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

SİA xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb.

Ölən şəxs 1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu olub. Onun qardaşı - 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb. Yaralanan digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu isə xəstəxanada keçinib.

Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə