İsmayıllı rayonunda itkin düşən 16 yaşlı yeniyetmə tapılaraq aidiyyəti üzrə təhvil verilib

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, O.Süleymanov nazirliyin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, nazirliyin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

Nazirlikdən verilən məlumata görə, O.Süleymanov meşədən qayıtmayan mal-qaranı axtarmağa gedib. Ancaq sonradan onun özü də geri qayıtmayıb. Yeniyetmənin qaranlığa düşərək meşədə azdığı ehtimal olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...