Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhərində iki nəfər bıçaqlanıb. Şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakinləri Həsən Vəliyev və Şəhriyar Mehideyv bıçaq yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub.

Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törədən digər şəhər sakni Elnur Məmmədov həbs olunub.

Dindirilmə zamanı məlum olub ki, hadisə münaqişə zəmnində baş verib.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə