Hacıqabul rayon sakini, Axundov küçəsi 70-də yaşayan 1965-ci il təvəllüdlü Məlikova Zeynəb Abasəli qızı Dəmiryol stansiyasından keçərkən hərəkət edən elektrik qatarı tərəfindən vurulub.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Məlikova Zeynəb ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Travmatoloq həkim Tofiq Hüseynovun verdiyi məlumata görə yaralının hər iki baldır və bud nahiyələri dağılmış və didilmiş vəziyyətdə olub. Ona görə xəstənin hər iki budunun orta 3/1 hissəsi travmatik amputasiya edilib. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə