Bu gün Ağsuda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyindən (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 114 kv.m olan, 5 otaqlı mənzilin 1 otağının tavanı 10 kv.m sahədə və ev əşyaları qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə