Qobustan rayonunda yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli beşotaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə