Sədərək rayonunda Ermənistanla sərhəddə törədilən yanğın söndürülüb - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsində Ermənistan Respublikası ilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilmiş yanğının baş verməsi barədə məlumat daxil olub. SİA xəbər verir ki, Nazirliyin mətbaut xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə