Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, FHN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə