Bakıda kişi dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə Nəsimi rayonu Natiq Şahbazov küçəsi ev 5 ünvanında qeydə alınıb.
Həmin evdə yaşayan Mikayılov Əfqan Qalib oğlu mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə