Bakıda kişi dəm qazından boğularaq ölüb

1 Mart 2025 09:17 (UTC+04:00)

Bakıda kişi dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə Nəsimi rayonu Natiq Şahbazov küçəsi ev 5 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan Mikayılov Əfqan Qalib oğlu mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.