Nəsimi rayonunda obyektdə baş vermiş yanğın söndürülüb

Bakıda obyektdə baş vermiş yanğın söndürülüb.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsindəki beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğının genişləməsinə, o cümlədən binaya keçməsinə imkan vermədən qısa müddətdə söndürüblər.

18:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə