67 yaşlı kişi dəm qazından boğulub

Xaçmazda sakini dəm qazından boğulub. SİA-nın məlumatına görə, hadisə şəhərin M.Rəsulzadə küçəsində baş verib.

Belə ki, 67 yaşlı Təvəkkül Qurbanov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə