Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

https://youtu.be/LXX-FL3FT-Y

Bütün xəbərlər Facebook səhifəmizdə