Təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb

Təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb

Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb. Təhsil Tələbə Kredit Fondundan SİA-ya verilən məlumata görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.

Bütün xəbərlər Facebook səhifəmizdə