Qəbul imtahanında 19 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək

Qəbul imtahanında 19 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 4-də ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, imtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. Bugünkü imtahanda 21 min 753 abituriyentin iştirakı gözlənilir.

İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə