Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun əvvəlində keçiriləcək
“Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur”. SİA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib.
Mərkəz direktoru bildirib ki, pandemiya səbəbindən müəyyən dəyişiklik olan imtahanlar bu il paytaxtla yanaşı, regionlarda da təşkil olunacaq.
Onun sözlərinə görə, namizədlərə 60 sual təqdim olunacaq və qəbul edilən yeni qərarla onlara 120 dəqiqə vaxt veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB