Tibb təhsili əsasında rezidenturaya qəbul imtahanına qeydiyyat başlayıb
İmtahanda iştirak etmək istəyən namizədlərinqeydiyyatı iyunun 1-dən 5-dək aparılacaq. DİM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsas (baza ali) tibb təhsili əsasındarezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin(baza fənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanının) 2-ci cəhdində iştirak etmək üçünnamizədlərin qeydiyyatı 1 iyundan 5 iyun saat23:59-dək internet vasitəsi ilə aparılır.
2022-ci ilin may ayında keçirilmiş qəbulimtahanında iştirak etmək üçün sənəd verənnamizədlər təkrar imtahanda (2-ci cəhddə) iştiraketmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərininhesabına imtahanda iştirak haqqını (60 AZN) əlavəedib Mərkəzin internet saytının müvafiq səhifəsinə(http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.
Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçünqeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həminşəxslər Mərkəzin internet saytınınekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsullarıilə epayment.dim.gov.az internet səhifəsində tanışolmaq mümkündür. Bu namizədlərdə http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektronərizəsi” formasını doldurur və təsdiq edirlər(etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.
Məlumat üçün qeyd edək ki, baza fənləri üzrəbiliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 19-da, ixtisas fənləri üzrə biliklərinqiymətləndirilməsi imtahanının isə avqustun 21-də keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığıtəqdim olunur. Hər iki mərhələdə namizədin hər birtest tapşırığına düzgün cavabı 1 ballaqiymətləndirilir. Səhv cavablar namizədin imtahannəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrəbiliklərin qiymətləndirilməsi imtahanına baza fənləriüzrə biliklərin qiymətləndirilməsi imtahanından“məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.
İmtahan suallarının cavablandırılmasına 2 saat30 dəqiqə vaxt ayrılır.
2020 və 2021-ci illərdə baza fənləri üzrəbiliklərin qiymətləndirilməsi imtahanından“məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbulolunmaq hüququna malik olan, lakin 25 aprel – 5 may tarixlərində ərizə qəbulunda iştirak etməmişnamizədlər də ixtisas fənləri üzrə biliklərinqiymətləndirilməsi imtahanında (II mərhələ) iştirakedə bilmək üçün iyunun 1-dən 5-dək ərizəverməlidirlər.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanına əsas (baza ali) tibb təhsilinin III kursunutam bitirmiş tələbələr də buraxılırlar. Onlar iyunun1-dən 5-dək qeydiyyatdan keçməlidirlər. Bazafənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanından “məqbul” alan tələbələr ixtisas fənləriüzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnızrezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdənsonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2022, səh. 2).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə