Bakıda İtaliya Dizayn günü keçirilir - YENİLƏNİR

Bu gün ADA Universitetində İtaliyanın ölkəmizdəki səfirliyi, İtaliya Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "İtaliya Dizayn günü" mövzusunda tədbir və sərgi keçirilir. SİA xəbər verir ki, ölkəmizin və İtaliyanın yüksəksəlahiyyətli nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev və İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri açılış nitqi ilə çıxış edirlər.

Yüksəksəviyyətli paneldə isə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, bir neçə yerli dövlət qurumunun rəhbəri və tanınmış italyan memarlar çıxış edəcəklər.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə