Təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda işgüzar səfərdədir. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində təhsil naziri mayın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Emin Əmrullayev görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...