Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.
DİM-dən SİA-ya bildirlib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 13-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi–müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi ayrılıb.
Mayın 21-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21521, mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 22878 nəfər olmaqla, ümumilikdə 44399 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 20-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 60 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Minsk sakinləri: Niyə rusları yedizdirməliyik?
Dünya 21:05Sanksiyalar Rusiyanı bundan da məhrum edib...
Texnologiya 20:49Şişirir, şişirir, amma...
Rəy 20:27Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
Hadisə 20:15Putin qətiyyətlə dayandırılmalıdır...
Rəy 19:51“Ayı bucağı”ndan “ayı tələsi”nə...
Dünya 19:26“İşləmirsənsə, pul ödəməlisən”...
Dünya 19:05Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb
Dünya 18:31Kamçatkada zəlzələ qeydə alınıb
Hadisə 18:17Erməni partiya sədri şikayətçi düşüb...
Dünya 17:58APL: “Turan Tovuz” “Kəpəz”ə qarşı
İdman 17:30“Arsenal” üç transfer planlaşdırır...
İdman 17:14Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə 16:43Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb
İqtisadiyyat 16:33İranın Qərbi Azərbaycan ostanında dörd nəfər ölüb...
Hadisə 16:07Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb
İqtisadiyyat 15:32Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sosial 14:52Azərbaycan alüminium məmulatları istehsalını 57 %-ə yaxın artırıb
İqtisadiyyat 12:39Bazar günü bəzi yerlərdə yağış yağacaq
Sosial 12:37İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Siyasət 12:33İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Siyasət 11:47Azərbaycan XİN Mavritaniyanı təbrik edib
Siyasət 11:03Azərbaycan pambıq mahlıcı istehsalını 20 %-ə yaxın artırıb
İqtisadiyyat 10:55Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)
İqtisadiyyat 09:31Bu gün Şahbuzda üç saat işıq olmayacaq
Sosial 01:03Gələn il üçün Almaniyadan FANTASTİK BÜDCƏ!
Dünya 00:03Azərbaycandan Hindistana neft ixracı artıb - MƏLUMAT
İqtisadiyyat 27 Noyabr 23:22Sumqayıtda zavodda partlayış olub - TƏCİLİ
Hadisə 27 Noyabr 23:03Gələn ay bu müəllimlər üçün test imtahanı keçiriləcək
Təhsil 27 Noyabr 22:32"Neftçi" "Zirə"ni də məğlub edib
İdman 27 Noyabr 22:19Bakıda kütləvi dava olub- 1 nəfər öldürüldü
Hadisə 27 Noyabr 22:02“Amerika dəhşət hekayəsi”ndən Vogue-a qədər...
Dəb 27 Noyabr 21:53ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Dünya 27 Noyabr 21:31Süni intellekt köhnə avtomobilləri həyata qaytarmağa kömək edir...
Texnologiya 27 Noyabr 21:28Psixoloq valideynlərə məsləhətlər verdi...
Sosial 27 Noyabr 21:06NATO-nun indiyə qədərki ən böyük müqaviləsi...
Dünya 27 Noyabr 20:49İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Dünya 27 Noyabr 20:43Bağdad İraq Kürdüstanından neft oğurlayan ölkələrin adını açıqlayıb...
Dünya 27 Noyabr 20:25Kreml üçün pis xəbər...
İqtisadiyyat 27 Noyabr 20:06Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Mədəniyyət 27 Noyabr 19:54Bankada olan hörümçəklər bir-birlərini yeyirlər...
Dünya 27 Noyabr 19:51Ukrayna “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
Dünya 27 Noyabr 19:41Mərkəzi Gömrük Hospitalında elmi-praktik simpozium keçirilib...
Səhiyyə 27 Noyabr 19:32ABŞ, Çini Rusiyaya verdiyi dəstəyi geri götürməyə məcbur edə bilər...
Dünya 27 Noyabr 19:27Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib...
Siyasət 27 Noyabr 19:12Kalininqrad yeni cəbhəyə çevrilə bilər...
Dünya 27 Noyabr 19:04Rusiyanı cənazə bumu bürüyüb...
Dünya 27 Noyabr 18:49Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Dünya 27 Noyabr 18:39Rus ordusuna cəlb edilən braziliyalılar qarət ediliblər...
Dünya 27 Noyabr 18:27Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Hadisə 27 Noyabr 18:15İvaşov çevrilişi və ya Rusiya hara gedir?
Dünya 27 Noyabr 18:05“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək
Mədəniyyət 27 Noyabr 18:01Mikayıl Cabbarov Dmitro Şlapaçenko ilə görüşüb
İqtisadiyyat 27 Noyabr 17:54Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir - DEPUTAT
Siyasət 27 Noyabr 17:49İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Təhsil 27 Noyabr 17:48Mourinyoya şad xəbər
İdman 27 Noyabr 17:39Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Siyasət 27 Noyabr 17:28“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Sosial 27 Noyabr 17:25Oman sahillərində neft tankeri minaya düşüb
Dünya 27 Noyabr 17:17“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 27 Noyabr 16:16Azərbaycan təmsilçisi Moskvada beynəlxalq atçılıq turnirinin qalibi olub
İdman 27 Noyabr 15:56Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Sosial 27 Noyabr 15:15Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Hadisə 27 Noyabr 15:15Özəl xəbərlər
Digər xəbərlərAzərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir - DEPUTAT
Siyasət 27 Noyabr 17:49
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8652
0,00%
-
GBP
2,2298
0,00%
-
RUB
2,0757
0,00%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



