Modul tipli məktəblərin quraşdırılması çox əlverişlidir - DEPUTAT ŞƏRH ETDİ
"Təhsil hər zaman Azərbaycan dövlətinin prioritet sahəsi olub". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi qayğı və diqqət göstərilir: "İstər yeni məktəblərin tikilməsi, istər mövcud məktəblərin yenidən təmiri, infrastrukturu, maddi-texniki bazasının güclənməsi istiqamətində xeyli işlər görülüb və görülməkdədir. Bununla yanaşı Heydər Əliyev Fondunun, xüsusilə də Fondun prezidenti Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məktəb və bağçaların tikilməsi ilə əlaqədar gördüyü işləri qeyd etmək istərdim. Bir neçə gün bundan əvvəl ölkə başçısı İlham Əliyev 15 modul tipli məktəbin tikintisi üçün 5 milyon manatın ayrılması üçün sərəncam imzalayıb.
Bilirsiniz ki, şagird sayı az olan kənd məktəblərində müasir tipli modul məktəblərin quraşdırılması çox əlverişlidir. Nəzərə alsaq ki, bu məktəblərin quraşdırılması az vaxt tələb edir. Bu da şagirdlərin tez bir zamanda keyfiyyətli, yüksəktəminatlı dərs proseslərinin başlamasına gətirib çıxarır. Dövlətin də əsas məqsədi Azərbaycanın bölgələrinin müasir standartlara uyğun məktəblərlə təmin olunması və keyfiyyətli tədris prosesinin həyata keçirilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə