Ucqar kəndlərdə təmirsiz və qəzalı məktəblər hələ də var - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Hazırda ölkəmizdə 4472 orta məktəb binası var. Son 10 il ərzində onların 3 minə qədəri təmir olunub, yenidən tikilib, bərpa olunub". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsadov bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bu qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir: "Bu baxımdan Təhsil Nazirliyinin sözügedən addımı müsbətdir. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır. Bu tipli məktəblərin digər üstünlüyü isə odur ki, onların azməsrəfli olmasıdır. Bunlarla yanaşı ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdusa modul tipli məktəblərə çox az həcmdə tikinti materiallarından istifadə olunur. .

Qeyd edim ki, Modul tipli məktəblər bir çox ölkələrdə, hətta Modul tipli məktəblərdən Avropa və Amerikada da istifadə edilir, tətbiq edilir. Əsas vacib məqam da odur ki, məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi də nəzərə alınır. Apardığım araşdırmalar nəticəsində gördüm ki, modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxardacaq.İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahat yerdə dərs keçirlər. Modul tipli məktəblərdə şagird tutumu o qədər də yüksək deyil. Bunlar, daha çox 200-400 şagird tutumlu məktəblərdir. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli amma keyffiyyətli, tam tədris resusrları ilə təmin olunmuş məktəblər əvəz edir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə