Qəbul imtahanlarında 289 nəfər iştirak edəcək

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2022-ci il üçün doktoranturaya qəbul imtahanlarına 289 nəfər qatılacaq. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 264 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 68, qiyabi bölməsinə 190, dissertanturaya 6 nəfər sənəd verib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında isə 25 nəfər iştirak edəcək. Elmlər doktoru proqramı üzrə doktoranturanın qiyabi bölməsinə 17 nəfər, dissertanturaya 8 nəfər sənəd verib.

Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə qəbul imtahanında məqbul qiymət alan namizədlər BDU-da keçiriləcək fəlsəfə və ixtisas fənləri üzrə imtahanlarda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə