Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası keçirilib. Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır.
“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada mikro və kiçik sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunur. Tədbirdə Sübhnur TM -nin "bacariqlı əllər "və "rəsm" dərnək şagirdlərinin əl işləri sərgi-satiş sərgisində nümayiş olunub. “Sübhnur”un yetirmələri olan Məmmədov Hidayət və Vəlizadə Əzizənin əl işləri xüsusi olaraq marağa səbəb olub.
Təhsil Mərkəzinin rəhbəri Gülnarə Hüseynovanın bildirdiyinə görə, bu sərgi istedadlı uşaqların əl işlərinin nümayiş olunması ilə yanaşı, onların bacarığını və həvəsini də artırır: “Bu cür tədbirlər istedadlı uşaqların gələcək inkişafı üçün çox böyük önəm daşıyır. Balaca fidanların əl işləri bir yaradıcılıq məhsulu olmaqla yanaşı, həm də onların özünə inam hissini də olduqca yüksəldir. Bu əl işləri və sərgi-satış yarmarkaları onların gələcəkdə sənətkar olaraq yetişməsi üçün də istiqamətləndirici rol oynayır.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB