Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayır

Aprelin 18-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: https://bit.ly/36mt54T

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə