Saçı-saqqalı uzundur deyə heç kim şagirdin üzərinə gedə bilməz - EKSPERT AÇIQLADI

“Şagirdlərin vahid geyim forması, eyni zamanda onların ümumi görünüşü vacib məsələlərdəndir. Təbii ki, hər bir şəxsin öz seçim azadlığı var. Lakin təhsildən söhbət gedirsə ümumi davranış qaydalarında mütləq bu amillər nəzərə alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bəzi şagirdlərin üzünün həddindən çox saqqallı və dəhşət uzunsaçlı məktəbə getməsi direktorlardan tərəfindən qəbul olunmur: “İlk növbədə şagirdlərin yaşını nəzərə almaq lazımdır. Saç-saqqal uzadan əsasən yuxarı sinif şagirdləri olur və bu onlarda olan keçid dövründən irəli gəlir. Bu məqamda məktəb rəhbərliyi onları nəzərə almalı, şagirdin özü və ya valideyni ilə söhbət etməlidir”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Amma hər bir halda hər kəsin öz şəxsi seçim azadlığı var. Buna da hər bir məktəb rəhbərliyi hörmətlə yanaşmalıdır. Saçı-saqqalı uzundur deyə heç kim şagirdin üzərinə gedə bilməz. Əgər şagird davranış qaydalarını pozursa, dərsin gedişatına maneə olursa və dərs oxumursa bu halda biz onun üzərinə nisbətən gedə bilərik. Digər məsələlər isə təhsildən kənardır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə