Buraxılış imtahanları bir gündə keçirilsə, ictimai asayiş pozula bilər - DİM sədri
“Buraxılış imtahanları ölkədə bir gündə keçirilsə, bu, ictimai asayişin pozulmasına gətirib çıxara bilər”. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, burada təkcə DİM-in deyil, digər əlaqədar qurumların da imkanları nəzərə alınmalıdır:
“Bu imtahanlar pandemiya şəraitində keçirildiyinə görə, tələblər vardı. Bəzən abituriyentlər gec gəlir, bəziləri öz üzərində nələrsə keçirməyə çalışır. Bütün abituriyentlərin yoxlanılması vaxt aparan işdir. Bu səbəbdən biz böyük binada 500 şagirdi qəbul edirik. Pandemiya vaxtı isə bu rəqəm isə 200 idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB