“Kurikulumun ləğv edilməsi qərarı onu göstərir ki, buraya qədər olan tədris proqramı yuxarı təhsil pilləsi üçün keçərli deyildi. Yəni biri-biri ilə uyğunsuzluq var idi. Buna görə də 2012-ci ildə qəbul edilmiş qərar qüvvədən düşdü. Bu, kurikulumun tam şəkildə ləğv olunması demək deyil”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, kurikulumun ləğvi məktəbəqədər olan təhsil müəssisələrində nəzərdə tutulur ki, buraya bağçalar da daxildir. Bu, onu deməyə əsas verir ki, yaxın 3-4 il sonra kurikulum sisteminin bütün təhsil pilləsində ləğv olunduğunu müşahidə edəcəyik: “Lakin 1-ci və 11-ci siniflərdə kurikulum saxlanılıb. Hal-hazırda verilən sərəncama bütün təhsil pilləsində kurikulum ləğv olunub demək doğru deyil. Burada kurikulumdan deyil, tamamilə yeni bir proqramdan istifadə olunacaq ki, bu barədə də təhsil naziri məlumat verəcək”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Kurikulum ləğv olunsa, bu, onu deməyə əsas verir ki, o gözlənilənləri doğrultmadı.
Mən bütün təhsil pilləsində kurikulumun ləğvini istəyərdim. Onun əvəzinə başqa təhsil proqramlarını tətbiq etmək daha məqsədəuyğundur. Şagirdlər kurikulumla yaxşı nəticə əldə edə bilmirlər.
Onu da qeyd edim ki, kurikulumun uyğunlaşdırılması prosesi ola bilər. Amma istənilən halda bu yaxşı effekt verməyəcək. Biz kurikulumdan heç bir nəticə əldə edə bilmirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB