Aİİ din sahəsində peşəkar kadrlar hazırlamağa başlayıb - REKTOR DANIŞDI

Aİİ din sahəsində peşəkar kadrlar hazırlamağa başlayıb - REKTOR DANIŞDI

“Azərbaycan İlahiyyat İnstitunda təhsilin 3 səviyyəsi üzrə təhsil verilir. Bakalavr səviyyəsi üzrə İslamşünaslıq və dinşünaslıq istiqamətlərində fənlər tədris olunur. İslamşünaslıq istiqamətində biz İslam dini üzrə din xadimləri hazırlanır”. Bu sözləri SİA-ya açıqlamasında Aİİ-nin rektoru Aqil Şirinov bildirib.

Onun sözlərinə görə, dinşünaslıqda isə islam dini ilə yanaşı, digər dinlər üzrə mütəxəssislər yetişdirilir: “Bura islam dini ilə yanaşı, yəhudi, xristian və digər dinlər aiddir. Dinşünaslıq ixtisası üzrə təhsil alanlar müxtəlif dövlət qurumlarında çalışa biləcəklər. Magistratura səviyyəsi üzrə isə 5 ixtisas fəaliyyət göstərir. Bura İslamşünaslıq, dinlərin tarixi, dinlərin fəlsəfəsi aiddir. Eyni zamanda bizdə doktorantura pilləsi üzrə də təhsil tədris olunur.

Biz yeni yaranan institut olmağımıza baxmayaraq, təhsilin bütün səviyyələrində tədrisimizi davam etdiririk. Dünyanın bir çox institutlar ilə əlaqələrimiz qurulur. Bir çox layihələrimizin yaxın zamanlarda həyata keçirilməsi də nəzərdə tutulur. Bu il artıq bizim Qazaxıstandan iki tələbəmiz var. Biz bu tələbələr üçün ingilis dilli bölmələr açmışıq. Bu ingilis dilli bölmələrdə müəllimlərimiz onlara dərslər keçirirlər.

Aİİ-nin iki tələbəsi bu il Türkiyə Respublikasında təhsilini davam etdirir. Gələcəkdə bu cür tələbələrimizin sayını artırmağı düşünürük. Eyni zamdan qeyd etmək istəyirəm ki, Aİİ kollektivi olduqca təcrübəli şəxslərdən təşkil olunub. Bizim müəllimlərimizin hər biri öz sahəsinin peşəkarlarıdır.

Aİİ-də təhsil proqramı hazırlanan zaman beynəlxalq standartlar da nəzərə alınıb. Aİİ din sahəsində artıq peşəkar kadrlar hazırlamağa başlayıb. Bu il bizim ilk məzunlarımız olacaq. Azərbaycanda milli, peşəkar kadrların hazırlanmasında Aİİ-nin müstəsna rolu olacaq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə