"2022-2024-cü illərdə ali və orta ixtisas təhsil müəssisələrində əlavə təhsilə qəbulla bağlı qaydaların təkmilləşdirilməsi, bütünlükdə prosesin elektronlaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər proseslərin şəffaflaşdırılmasına, korrupsiyaya yol verilməklə bağlı ehtimalların minimuma endirilməsinə gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair milli fəaliyyət planının tərkib hissəsi olaraq ali və orta ixtisas təhsil müəssisələrinə əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsi son illərdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən işlərin davamıdır: "Yalnız bu deyil, bütün qaydaların təkmilləşdirilməsinə ehtiyac var. Bütün bunlar korrupsiya hallarının olmamasına yönəlmiş addımlardır".
İlqar Orucov sözlərinə belə davam edib: "Mən yeni qaydaların, yeni baxışların qəbul olunmasının tərəfdarıyam. Son illərdə əlavə təhsil almaq istəyən insanların sayında artım var. Mümkün qədər bu proseslərin elektronlaşdırılması həyata keçirilməlidir. Qaydaların beynəlxalq standartlar çərçivəsində yenilənməsi, fərqli ölkələrin mənimsənilməsi, insanların rahatlığının təmin olunması olduqca vacibdir. Həmçinin, Azərbaycan vətəndaşlarının təhsil almaq imkanlarının genişləndirilməsi hesablanmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB