Çexiyanın Mendel Universitetinin müəllimi fəlsəfə doktoru Jana Dannhoferovanın Qərbi Kaspi Universitetinin Dizayn Məktəbinin tələbələrinə seminarlar keçir. SİA xəbər verir ki, “Erasmus” proqramı çərçivəsində keçirilən seminarlar bir həftə ərzində davam edəcək.
“Müasir rəngləmə metodları” mövzusunda keçirilən ilk seminarda çex mütəxəssis tələbələrə müasir dizaynın qarşısında duran tələblər, standartlar barədə məlumat verib, praktik nümunələr təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB