Bu günədək 6074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib STATİSTİKA

Bu günədək 6074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib STATİSTİKA

"Cari ilin bu günündək 6074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib.İlin sonunadək daha 25182 nəfərin qiymətləndirilməsi planlaşdırılır". SİA-nın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev bu gün təhsilin inkişaf strategiyası ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb. Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəli sertifikat alıb.

N.Nağıyev qeyd edib ki, 2015-ci ildə İTE(1755), ƏTM (284), GDU(123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub, Bakı şəhərində 2039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib: "2016-cı ildə İxtisas sahəsi və İnnovasiya lar üzrə İxtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı artaraq Bakı şəhəri üzrə 3264, regionlarda 6191 olmaqla ümumilikdə 9755 nəfərə çatıb. 2017-ci ildə İnstitutunun əməkdaşlıq etdiyi əlavə təhsil müəssisələrinin və təlimlərə cəlb olunan iştirakçıların sayında ciddi artım müşahidə olunaraq, Bakı şəhəri üzrə rəqəmlər 3061, digər bölgələr üzrə 8595 nəfərdir".

Direktor müavini əlavə edib ki, cari ildə ümumilikdə 31,256 müəllimin ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə