Məzunlarla “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda görüş ​keçirilir YENİLƏNƏCƏK

Məzunlarla “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda görüş ​keçirilir YENİLƏNƏCƏK

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə məzunlarla "Sahibkarlıq və start-up fəaliyyəti" mövzusunda görüş ​keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ali təhsil müəssisələrinin rəhbərləri, startup və sahibkarlıq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarının nümayəndələri, xaricdə təhsil almış məzunlar iştirak edir. ​ Bu dəfəki görüşün məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, "start-up" və sahibkarlıq sahəsinin inkişafına dəstək, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin genişləndirilməsi və fikir mübadiləsinin aparılmasına şərait yaradılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə