İyunun 30-da təhsil naziri Mikayıl Cabbarov Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində yaşayan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciətlər ediblər. 120 nəfərin qeydiyyatdan keçdiyi qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılması üçün qeydə alınıb və nəzarətə götürülüb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB