Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Gənc Aspirantlar və Doktorların İnkişafına Dəstək proqramı çərçivəsində Doktorların 8-ci simpoziumu öz işinə başlayıb. SİA xəbər verir ki, simpoziumda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, ADA-nın Tədris İşləri üzrə Prorektoru Patrik Kvin və digər qonaqlar iştirak edirlər.
İki gün davam edəcək simpozium sosial elmlərin bütün sahələrini, xüsusilə də siyasi elmlər, beynəlxalq münasibətlər, iqtisadiyyat, enerji və ekologiya, beynəlxalq hüquq və dinşünaslıq sahələrində doktorantura təhsili alan gənc aspirantlar və doktorları bir araya gətirəcək. Simpozium doktorların təhsil sərgisi, plenar sessiya, tematik panellər və ADA-nın Gənc Aspirantlar və Doktorların İnkişafına Dəstək proqramının iştirakçıları tərəfindən hazırlanan təqdimatları əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB