Məleykə Abbaszadə: "Hələ ki, attestatlar qanunvericiliyə uyğun veriləcək"

Məleykə Abbaszadə: "Hələ ki, attestatlar qanunvericiliyə uyğun veriləcək"

"Təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikirlər sadəcə bir təklifdir. Hələlik attestatlar mövcud qanunvericiliyə uyğun olaraq veriləcək". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib.

O bildirib ki, ölkədə bununla bağlı mövcud qanunvericilik var: "Hələki attestatlar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ bir təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə