Peşə-ixtisas təhsili müəssisələrində ilk dövlət buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb. SİA-ya daxil olan məlumata görə, təhsil naziri Misir Mərdanov "Peşə məktəbi, peşə liseyinin nümunəvi Əsasnaməsi"nin 25-ci bəndinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində tam təlim kursunu nəzəri təlim fənlərindən və istehsalat təlimindən müvəffəqiyyətlə bitirən şagirdlərdən buraxılış-ixtisas imtahanlarının götürülməsini təmin etmək məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən, imtahanlar 18 yaşı aprelin 30-na kimi tamam olan və hərbi xidmətə çağırılan çağırışçılardan aprelin 25-nə qədər, ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış kurslarının hərbi çağırışçı olmayan digər şagirdlərindən tədris plan və proqramlarına uyğun olaraq, istehsalat təcrübəsi başa çatdıqdan sonra götürüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB