TQDK növbəti imtahanın nəticələrini açıqladı

TQDK növbəti imtahanın nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-ci il iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda rayonlarında təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, nəticələr iyunun 20-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak edən hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.


Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.


XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:


Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Rus dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30

İyunun 18-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat

Ana d.

Riyaz

[ 2 ]

1059

[ 2 ]

1252

[ 3 ]

6503

[ 3 ]

6557

[ 4 ]

1833

[ 4 ]

1853

[ 5 ]

933

[ 5 ]

666

Cəmi

10328

Cəmi

10328

IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Ana dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

İyunun 18-də keçirilən ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə dair statistik məlumat

Ana d.

Riyaz

[ 2 ]

2197

[ 2 ]

3434

[ 3 ]

11474

[ 3 ]

10732

[ 4 ]

2182

[ 4 ]

1436

[ 5 ]

402

[ 5 ]

653

Cəmi

16255

Cəmi

16255

Bütün xəbərlər Facebook səhifəmizdə